İmişli-Biləsuvar avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
BUTA.TV xəbər verir ki, yol qəzası səhər saatlarında İmişli-Biləsuvar avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb. "Toyota Prado" markalı avtomobil hərəkətdə olarkən idarə etmədən çıxaraq aşıb. Hadisə nəticəsində Ramil Bəhlul oğlu Vəliyev və Adil Kamil oğlu Sadıqov ölüb, avtomobildə olan sərnişinlər Fatma Şərifova, Abdullah Ramil, Məhəmməd Vüsal müxtəlif dərəcəli xəsarətlər alıb, yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib. Kəllə beyin travması alan Fatma Şərifova Bakı şəhərində olan xəstəxanalardan birinə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.
- Eynulla Fətullayev "Haqqın"ı satdı - Azərbaycandan gedir
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı