Mingəçevir şəhərində makler və onun iki oğlu bıçaqlanıb.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, hadisə M.Maqomayev prospektində baş verib.
Daşınmaz əmlakın satışı ilə məşğul olan Canpolad Qarayevin, övladları Elvin və İbrahim Qarayevlərin Elvin Abdullayevlə aralarında baş verən mübahisə qanlı davaya çevrilib.
Ata, oğlanları və münaqişə iştirakçısı olan dördüncü şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, dörd nəfərin xəsarət alması ilə nəticələnən mübahisə ilə bağlı polisə məlumat daxil olub. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.
- Eynulla Fətullayev "Haqqın"ı satdı - Azərbaycandan gedir
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı