Böyük Britaniya parlamentinin deputatları xəbərdarlıq ediblər ki, ölkənin silahlı qüvvələri qlobal qeyri-sabitliyin artdığı bir vaxtda yüksək intensivlikli müharibəyə hazır deyil.
BUTA.TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
"Hökumət personal və avadanlıq çatışmazlığını aradan qaldırmasa, Britaniya ordusu zəif hazırlıqlı qalacaq. Eyni zamanda, orduda kadr problemləri də var. Silahlı Qüvvələri tərk edənlərin sayı orduya daxil olanlardan daha çoxdur”,- məlumatda deyilir.
Qanunvericiləri narahat edən başqa bir məsələ odur ki, ötən ilin büdcəsində silah-sursat ehtiyatlarının artırılması üçün ayrılan 1,95 milyard funt-sterlinq (2,28 milyard avro) ordunun imkanlarını artırmaq və gücləndirməkdənsə, mövcud resurs çatışmazlığını ödəmək üçün istifadə oluna bilər.
- Bu şəxslərin pensiyası ikiqat artacaq! - ŞAD XƏBƏR
- Moskvaya hücum: Şəhərin müdafiə sistemi yarıldı - VİDEO
- Turalbəy Mehdiyevə hökm oxundu
- “AzerGold” məhsulları Beynəlxalq Xalça Festivalında...
- DYP-dən skuter istifadəçilərinə xəbərdarlıq
- 66 yaşlı kişi hamamda yıxılaraq öldü
- İçərişəhərdə qala divarları bərpa edildi - Video
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO