Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Naxçıvan Muxtar Respublika təşkilatının sədri Abdulla Abdullayev Almaniyanın ikinci dövlət kanalı ZDF-in əməkdaşı Sebastian Ehmə Naxçıvandakı ictimai-siyasi, iqtisadi vəziyyət, Zəngəzur dəhlizinin açılması, sülh danışıqları və prezident seçkiləri barədə müsahibə verib.
BUTA.TV xəbər verir ki, A.Abdullayev Naxçıvanın 30 ildən artıq blokadada qalmasının yaratdığı iqtisadi-sosial problemlərdən və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqdan bəhs edib.
O, Zəngəzur dəhlizi məsələsinin aktuallığı, dəhlizin açılmasının həm bölgə xalqları, həm də bütövlükdə regionda sabitliyin möhkəmlənməsi, iqtisadi yüksəliş üçün vacibliyini vurğulayıb.
A.Abdullayev alman jurnalisti maraqlandıran suallara cavab verib və siyasi partiyaların fəaliyyət imkanları haqda danışıb.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video