Ermənistan Hərbi Polisinin Kriminalistika şöbəsinin rəis müavini Artur Avaqyan və onunla birgə olan 7 həmkarı Milli Təhlükəsizlik Xidmətinin zabitini vəhşicəsinə döyüb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, “Niva” markalı maşında hərəkət edən Avaqyanı arxadan şəxsi maşını ilə gələn MTX-nin kapitanı Yura Darbinyan ötüb. Bu isə Aviqyanın xoşuna gəlməyib və onu saxladaraq, təhqir edib. Hətta Darbinyan özünü təqdim etdikdə, onu ələ salıb. Bunun ardınca isə Avaqyan və hadisə yerinə iki maşınla yaxınlaşan Avaqyanın həmkarları zabiti küçənin ortasında, iki azyaşlı övladının və arvadının gözü qarşısında döyüblər. Onlara mane olmaq istəyən iki azyaşlıya da zor tətbiq edilib, Yuranın hamilə arvadını isə yerə yıxaraq, sürüyüblər.
Faktla bağlı cinayət işi açılıb və Avaqyan və daha iki nəfər artıq həbs edilib.
Qeyd edilir ki, Yura Darbinyan tanınmış hərbçi olub, 2014-cü ildə Rusiyada keçirilən “Tank biatlonu-2014” beynəlxalq müsabiqəsində ikinci yeri tutan və T-90 tankını mükafat olaraq qazanan komandaya rəhbərlik edib.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video