Türkiyənin “Ronesans Holdinq” tikinti-podratçı şirkəti Rusiyadakı fəaliyyətini dayandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə şirkət özü açıqlama yayıb.
Şirkətin bəyanatında deyilir ki, son iki il ərzində holdinq regional biznesini satıb və investisiyalarını dünyanın digər regionlarına yönləndirib.
Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən şirkətin mətbuat xidmətinin məlumatına görə, 2022-ci ilin mayında “Ronesans Holdinq” Rusiyadakı tikinti biznesini, 2023-cü ilin iyununda isə daşınmaz əmlak biznesini satıb.
Qeyd edək ki, holdinq Rusiyada 1993-cü ildən fəaliyyət göstərirdi.
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video
- 53 yaşlı kişi avtobusda qəfil öldü