Estoniya Ukraynaya tank əleyhinə “Javelin” raketləri də daxil olmaqla, yeni hərbi yardım paketini təqdim edib.
BUTA.TV xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Estoniyanın dekabrda aldığı “Javelin” raketləri artıq Ukraynaya çatdırılıb. Yardım paketinə, həmçinin pulemyotlar, atıcı silahların sursatları, müxtəlif yerüstü və su avadanlıqları daxildir.
2022-ci ildən bəri Estoniya Ukraynaya ümumilikdə təxminən 500 milyon avro və ya ümumi daxili məhsulunun təxminən 1,4 faizi həcmində hərbi yardım göstərib.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video