Koreya Respublikası Ukraynaya öldürücü silahlar vermir.
BUTA.TV xəbər verir ki, bunu “Yonhap” agentliyinə açıqlamasında Cənubi Koreya Xarici İşlər Nazirliyinin əməkdaşı deyib.
“Xəbərdar etmək istərdim ki, Moskvanın hərəkətləri Rusiya ilə Koreya Respublikası arasında münasibətlər üçün böyük əhəmiyyət kəsb edəcək. Silah ticarəti, KXDR-dən ballistik raketlər almaq, Pxenyanla hərbi texnologiya sahəsində əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozacaq. Rusiya bunu dayandırmalıdır. Hökumət Ukraynanı öldürücü silahlarla təmin etməmək mövqeyindədir. Eyni zamanda, biz Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığı və bunun təhlükəsizliyimizə nə kimi təsir göstərə biləcəyini diqqətlə izləyirik”, - XİN əməkdaşı bildirib.
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni
- İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO
- Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu