ABŞ-ın İsveçin NATO-ya üzvlüyünü təsdiq edən Prezident Rəcəb Tayyib Ərdoğanın fərmanının rəsmi qəzetdə dərc olunmasını qeyri-kafi hesab etməsi ilə bağlı iddiaları təkzib edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyasından bəyanat verilib.
"ABŞ BMT Nizamnaməsi, Beynəlxalq Atom Enerjisi Agentliyi və NATO daxil olmaqla 200-dən çox çoxtərəfli sazişin depozitar ölkəsidir. Müqavilələrin əsl mətnlərini təqdim edir və onların düzgün imzalanmasına kömək edir.
Depozitar ölkə də sazişlərin ratifikasiyası kimi sənədlər alır”, - administrasiyanın bəyanatında bildirilib.
Qeyd edək ki, daha öncə ABŞ-ın qəzetdə yayılan fərmanı qeyri-kafi hesab etdiyi və sənədin əslini istəməsi ilə bağlı xəbərlər yayılıb.
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni
- İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO