ABŞ Xarici İşlər Nazirliyinin "Ədalət üçün mükafat" layihəsi çərçivəsində SEPAH-a bağlı iş adamı Hüseyn Hatifi Ərdəkani barədə məlumat üçün 15 milyon dollar mükafat təyin edilib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Bu iranlı iş adamı İran İnqilab Keşikçiləri Korpusunun silah istehsalı üçün ehtiyac duyduğu mürəkkəb texnologiyanın əldə edilməsi və ötürülməsi sahəsində SEPAH-la əməkdaşlıq edib", - məlumatda bildirilib.
Məlumata görə, əldə edilən hərbi texnikanın satışı SEPAH-a beynəlxalq terror fəaliyyətləri üçün lazım olan maliyyə resurslarını təmin etməyə imkan verib.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi bundan əvvəl İran üçün PUA hissələrinin çatdırılmasındakı roluna görə Hüseyn Hatfi Ərdəkaniyə sanksiya tətbiq edib.
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni