Pakistan və İran səfirlərini yanvarın 26-dək geri qaytarmağa razılaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Pakistan və İran Xarici İşlər nazirliklərinin rəhbərləri arasında telefon danışığından sonra hər iki ölkənin səfirlərinin 2024-cü il yanvarın 26-dək öz vəzifələrinə qayıtmaları üçün birgə razılıq əldə olunub”, - məlumatda bildirilib.
Qeyd edək ki, yanvarın 16-da İran Pakistanın Bəlucistan əyalətinin Kuhi- Sabz ərazisində olan “Ceyş ül-Ədl” qruplaşmasına raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Pakistan 18 yanvarda bu zərbəyə cavab verməklə yanaşı, raket hücumunu kəskin qınamış, səfirini geri çağırmış və İrana bütün rəsmi səfərləri ləğv etmişdi.
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video
- 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO