Xəbər verdiyimiz kimi, Şəki Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində üzərində odlu silah gəzdirən Şəki şəhər sakini, əvvəllər Rusiya Federasiyasında adam oğurluqları, eləcə də digər ağır cinayətlərə görə məhkum olunmuş 1984-cü il təvəllüdlü Ruslan Hacısəlimov saxlanılıb.
BUTA.TV Mətbuat.com-a istinadən xəbər verir ki, R.Hacısəlimov uzun müddət Rusiyada cinayətkar dəstənin başçısı olub. Onun başçılıq etdiyi dəstə Rusiyanın müxtəlif vilayətlərində adam oğurluğu və digər ağır cinayətlər törədib.
R.Hacısəlimovun dəstəsinin hay-küylü cinayətlərindən biri də 2013-cü ildə törədilib. Həmin vaxt dəstə, Moskvada tanınmış azərbaycanlı iş adamlarından birinin övladını oğurlayaraq ailə üzvlərindən girovun qaytarılması üçün 700 min ABŞ dolları istəyib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının Moskva vilayətinin Naro-Fominsk rayonunun Aprelevka kəndində keçirdiyi əməliyyat zamanı cinayətkar dəstənin 3 rəhbərindən biri - Rafiq Mirzəyev polisə silahlı müqavimət göstərdiyi üçün öldürülüb, dəstənin digər başçıları - Ruslan Hacısəlimov və Samir Abdullayev həbs edilib. 10 il həbs cəzası çəkən R.Hacısəlimov bu yaxınlarda Azərbaycana gəlib.
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video
- 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO