İran Prezidenti İbrahim Rəisinin Türkiyə səfərinin təfərrüatı açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran lideri ilə 10 beynəlxalq müqavilə imzalayacaq:
“Rəisinin səfəri İran və Türkiyə arasında yüksək səviyyəli dialoqun davam etdirilməsində mühüm addım və ümumi gündəmdəki məsələlərin müzakirəsi üçün müvafiq fürsətdir”.
Bildirilir ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası da Ankarada keçiriləcək. Səfər zamanı mədəniyyət, elm, media, daxili işlər, nəqliyyat, ticarət və iqtisadiyyat sahələrində 10-a yaxın sazişin imzalanması gözlənilir.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə səfər edəcək.
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi
- Bu ay pensiyaların ödəniləcəyi tarix açıqlandı
- Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq
- Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü
- Xəzər dənizində zəlzələ oldu
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video