İsrail təyyarələri Suriyanın paytaxtı Dəməşqdə yenidən İran əsgərlərini hədəfə alıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, hücum nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun çox sayda əsgəri və yüksək rütbəli məmurları həyatını itirib.
Baş verənlərdən sonra rəsmi Tehranın cavabı özünü çox gözlətməyib. Belə ki, İran qisas bəyanatı yayaraq hücuma cavab veriləcəyini açıqlayıb:
“Biz Dəməşqdə hərbi müşavirlərin öldürülməsi ilə nəticələnən hücuma lazımi vaxtda və yerdə cavab vermək hüququmuzdan istifadə edəcəyik”, – deyə İranı tərəfinin açıqlamasında bildirilib.
Xatırladaq ki, bu gün Suriyanın paytaxtını silkələyən partlayış baş verib.Hadisə nəticəsində Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif Ümidzadə və daha 4 zabit ölüb.
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi
- Bu ay pensiyaların ödəniləcəyi tarix açıqlandı
- Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq
- Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü
- Xəzər dənizində zəlzələ oldu
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video