UEFA Futzal üzrə Çempionlar Liqasının 2024-cü ildə baş tutacaq finalı Ermənistanda keçiriləcək.
BUTA.TV Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumu rəsmi məlumat yayıb. Ermənistan finalın keçirilməsi üçün namizədliyini verən Yunanıstan, Litva, Polşa, İspaniya və İsveçrə kimi ölkələri üstələyərək qalib olub və nəticədə həlledici matça ev sahibliyi edəcək.
Oyunlar İrəvanda yerləşən "Karen Dermiçyan Arena"da baş tutacaq. Yarımfinal oyunları mayın 3-də, 3-cü yer və final qarşılaşmaları isə mayın 5-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəni dayandırıb.
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi
- Bu ay pensiyaların ödəniləcəyi tarix açıqlandı
- Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq
- Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü
- Xəzər dənizində zəlzələ oldu
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video