Rusiya Prezidenti Vladimir Putinlə taxıl dəhlizini müzakirə edəcəyik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Taxıl dəhlizi mexanizmi daha ədalətli dünyaya atılan doğru və müsbət addım idi. Biz taxıl dəhlizini yenidən işə salmalı, ehtiyacı olan Afrika ölkələrinin bundan öz payını almasını təmin etməliyik. Rusiya, Qətər və Türkiyə olaraq üçlü həmrəylik yaratdıq. Qətər bu dəhlizdən gələn taxılı maddi cəhətdən dəstəkləyəcək, biz isə fabriklərimizi işlətməklə onu una çevirərək, Afrika ölkələrinə göndərəcəkdik. Bu yaxınlarda Vladimir Putinlə görüşümüz olacaq və taxıl dəhlizinin işləməsi üçün əlimizdən gələni edəcəyik. İnşallah ondan müsbət cavablar alaraq yolumuza davam edəcəyik", - Ərdoğan bildirib.
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi
- Bu ay pensiyaların ödəniləcəyi tarix açıqlandı
- Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq
- Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü
- Xəzər dənizində zəlzələ oldu
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video