İsveçin NATO-ya üzvlük protokolunu Türkiyə Böyük Millət Məclisinə göndərdik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“ABŞ Prezidenti Co Baydenlə müzakirə zamanı İsveç məsələsi də gündəmə gəldi. ABŞ-la aramızda olan F-16 məsələsini də bu kontekstdə dəyərləndirdik. Baydenin “Siz bunu parlamentdə qəbul edin, mən də eyni şəkildə Konqresdən keçirəcəm” kimi açıqlaması oldu. Parlamentdəki proseslə bağlı başqa bir çətin məsələ də hərbi tədarükdə Kanada və bəzi müttəfiqlərin mənfi yanaşmalarıdır. Bunların hamısı bir-birinə bağlıdır. İnanıram ki, həm ABŞ-ın F-16 məsələsi, həm də Kanadanın verdiyi vədlərə əməl etməsi ilə bağlı gözlədiyimiz müsbət irəliləyişlər parlamentimizin məsələyə müsbət baxışını sürətləndirəcək”, - Ərdoğan bildirib.
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video
- 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar