İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha bir il müddətinə təxirə salınıb.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə qanunda qeyd olunan müvafiq maddənin tətbiqi 2025-ci il 1 yanvar tarixinə kimi təxirə salınıb.
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video
- 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar