AB (Avropa Birliyi) Şurası tərəfindən işgəncələr və qanunsuz həbslərə qarşı Maqnitski Aktı qəbul olunub və Rusiyaya sanksiya tətbiq edilib. Azərbaycan və Ermənistanın bu siyahıya qoşulması normal bir prosesdir.
Bu sözləri BUTA.TV-a ekspert Natiq Cəfərli Azərbaycan və Ermənistanın Rusiyaya qarşı Maqnitski Aktına qoşulmasını şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanın bu akta quşulması Rusiya ilə münasibətlərdə hər hansı problem yarada bilməz:
“Təbii ki, Rusiya Azərbaycana diplomotik müstəvidə narazılığını bildirə bilər. Lakin bu o demək deyil ki, Azərbaycan Rusiyaya qarşı hər hansı beynəlxalq konvensiyaya qoşulmamalıdır. Azərbaycan işgəncələrə və qanunsuz həbslərə qarşı BMT-nin konvensiyasına da qoşulub. Buna görə də düşünürəm ki, Maqnitski Aktına qoşulmaqla Azərbaycan doğru addım atıb”, - ekspert vurğulayıb.
Qeyd edək ki, AB Şurası mövcud qadağanedici tədbirləri növbəti 12 ay üçün, yəni 2024-cü il dekabrın 8-dək uzadıb və məhdudiyyətlərə məruz qalan şəxslərin və təşkilatların siyahısını dəqiqləşdirib. AB-yə daxil olmayan 11 dövlət, o cümlədən Ermənistan və Azərbaycan AB Şurasının Avropa Maqnitski Siyahısını – Brüsselin insan hüquqlarının ciddi şəkildə pozulması ittihamı ilə tətbiq etdiyi məhdudiyyətləri daha bir il uzatmaq qərarına qoşulub.
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video
- 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar