Azərbaycanın 734 kəndində indi ermənilər yaşayır

13:44 - 19 Dekabr 2023 - GÜNDƏM

 Azərbaycanın 734 kəndində indi ermənilər yaşayır

Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd xaraba qalıb. Azərbaycanlıların yaşadıqları 734 kənddə indi ermənilər yaşayır. Ermənistanda azərbaycanlılara məxsus 700-dən artıq inzibati ərazi vahidinin adı dəyişdirilib.

Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim Nazim Mustafa “Mədəni irs” forumunun “Postkonflikt dövründə Azərbaycan tarixi-mədəni və təbii irsinin qorunması” panelində çıxışı zamanı deyib.

O bildirib ki, İrəvan quberniyasında mövcud olan 310 məsciddən bugünkü Ermənistanda yalnız Göy məscid qalıb:

“Tarixi Azərbaycan torpağında yaradılan Ermənistan Respublikası hazırda monoetnik erməni dövlətinə çevrilib. Hazırda Qərbi Azərbaycanda mövcud olan tarixi və mədəni irsimizin qorunması üçün beynəlxalq təşkilatları hərəkətə keçirmək lazımdır”.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda əməliyyat: saxlanılanlar var - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol