Bakıda 9 qızıl diş oğurlayan şəxs saxlanıldı

12:32 - 19 Dekabr 2023 - GÜNDƏM

 Bakıda 9 qızıl diş oğurlayan şəxs saxlanıldı

Suraxanıda stomatoloji kabinetlərin birindən 9 ədəd qızıl diş və digər əşyalar oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən BUTA.TV-a bildirilib ki, Suraxanı rayonunda yerləşən stomatoloji kabinetlərin birindən oğurluq edilib. Zərərçəkən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək kabinetdən 7500 manat dəyərində tibbi avadanlıq, noutbuk və 9 ədəd qızıl dişin oğurlandığını bildirib. Bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Firudin Babayev saxlanılıb.

Həmin şəxsdən əlavə olaraq 4 qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

F.Babayevin əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına müaciət edə bilərlər.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda əməliyyat: saxlanılanlar var - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol