Qarşıdan gələn il tektonik hərəkətlər, teraktlar ilidir. Konkret ölkə deməyəcəm, ancaq güclü yeraltı təkanlar olacaq, dünyada təbii fəlakətlər çoxalacaq. 2024-cü ildə dünyanı lərzəyə gətirəcək partlayış baş verəcək.
Bu sözləri BUTA.TV-a açıqlamasında tanınmış ekstrasens Zirəddin Rzayev deyib. “2024-cü ildə baş verəcək fəlakətlər mənə atom bombasının partlayışını xatırladır. Amma deyə bilərəm ki, bu, nüvə silahı deyil, o effektə malik təbii vulkan püskürməsi, yaxud asteroidlə bağlıdır”, - o bildirib.
Rusiya-Ukrayna məsələsinə toxunan Zirəddin Rzayevin sözlərinə görə, bu müharibənin həlli ilə bağlı inkişaf gözlənilir:
“Bu qarşıdurma 2024-ci ildə ya tamamilə bitəcək, ya da dondurulacaq. Ancaq qələbə Rusiyanın xeyrinədir”.
O, Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində gələn il müsbət addımların atılacağını vurğulayıb:
“2024-2026-cı illər sülh müqaviləsinin imzalanması üçün ən uğurlu zamandır”.
Onun proqnozuna görə, növbəti il texniki və tibbi tərəqqi gözlənilir.
Eyni zamanda, ekstrasens müxtəlif növ virusların yayılacağını gözlədiyini də qeyd edib.
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video
- 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar