Azərbaycandan Türkiyəyə gedən yol var və demək olmaz ki, ondan çox istifadə olunur. Azərbaycandan Türkiyəyə enerji ehtiyatları yenə də Gürcüstan vasitəsilə mükəmməl şəkildə ixrac olunur. Bütün bunlara görə Ermənistana ehtiyac yoxdur, ona görə də Ermənistanın cənubundan keçən yol siyasi layihədir, heç bir iqtisadi layihə deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan “Nyus.am”ın “Güc faktoru” proqramında deyib.
O, Ankaranın nöqteyi-nəzərindən Ərdoğanın mövqeyinin bu mənada kifayət qədər rasional olduğunu izah edib:
“Türkiyə rəsmi Bakının mütləq və tam dəstəyi ilə Cənubi Qafqaza girməli və buradan digər oyunçuları sıxışdırmalıdır.
Onun sözlərinə görə, Bakı Türkiyə ilə birlikdə bütün Cənubi Qafqazı, o cümlədən Gürcüstanı bir tərəfdən Türkiyə, digər tərəfdən Azərbaycan arasında sıxılan sendviçə çevirməyə çalışır:
“Bu baxımdan Ermənistana təzyiq tamamilə rasionaldır”.
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video
- 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar