Avropa Birliyinə üzv dövlətlər koronavirus pandemiyasının qaynar vaxtında aldıqları külli miqdarda vaksini məhv ediblər.
BUTA.TV xəbər verir ki, “Politiko” nəşri məhv edilən vaksinlərin dəyərinin təxminən 4 milyard avro təşkil etdiyini yazıb.
Nəşr əlavə edib ki, bütün hesablamalara görə, bu, “kifayət qədər azaldılmış” göstəricidir. Belə ki, pandemiya zamanı AB hər Avropa sakini üçün üç doza olmaqla ümumilikdə 1,5 milyard ədəd peyvənd alıb. İnsanlar isə əlavə dozalardan imtina edib, nəticədə 312 milyon doza artıq qalıb.
Qeyd edək ki, hələ koronavirusun tüğyan etdiyi zaman Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxmış, bəzi varlı ölkələrin özlərinə lazım olandan da artıq vaksin almasını qınamışdı.
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video
- 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO