Quba-Xaçmaz Regional Təhsil İdarəsinə yeni müdir təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, müvafiq əmrlə bu vəzifəyə Abşeron -Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev gətirilib.
O, bu postda ötən ay istefa verən Rüfət Hacıyevi əvəzləyib.
Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev ötən ay istefa verib.
Xatırladaq ki, keçən ay Rüfət Hacıyevin Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə 9-cu sinif şagirdini döyməsi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlanı döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.
Qeyd edək ki, bir neçə ay əvvəl də R.Hacıyev barəsində Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video
- 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO