Dövlət tərəfindən həyata keçirilən tədbirlərə baxmayaraq, mədəni irsin bir hissəsini dağıdılmaqdan və itməkdən xilas edə bilməmişik. 30 ilə yaxın Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə toponimlər dəyişdirilib, xalqımızın mədəni-təbii irsi dağıdılıb, qanunsuz istismar edilib, mənşəyi saxtalaşdırılaraq Ermənistana və xaricə ölkələrə daşınaraq, erməni irsi kimi təqdim edilib. İşğal dövründə 47 abidə yer üzündən silinib.
Kult.az xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Səadət Yusifova “Mədəni irs” forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə mədəni irs nümunələrinin dövlət qeydiyyatına alınması və pasportlaşdırılması prosesi başlayıb. Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.
- 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan