Qüdrət Həsənquliyev də prezidentliyə namizədliyini irəli sürdü

10:42 - 18 Dekabr 2023 - GÜNDƏM

 Qüdrət Həsənquliyev də prezidentliyə namizədliyini irəli sürdü

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

BUTA.TV xəbər verir ki, bu barədə Report-a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub.

Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 5-ə çatıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda əməliyyat: saxlanılanlar var - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol