Təxirə salınan reyslərin sərnişinləri Naxçıvana çatdırıldı

10:04 - 18 Dekabr 2023 - GÜNDƏM

 Təxirə salınan reyslərin sərnişinləri Naxçıvana çatdırıldı

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin təxirə salınan reyslərinin sərnişinləri Naxçıvana çatdırılıb.

Bu barədə BUTA.TV-a AZAL-ın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, ötən gün Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikib. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol