Türkiyənin “Fənərbağça” komandası UEFA Konfrans Liqasında səkkizdəbir finala yüksəlib.
BUTA.TV xəbər verir ki, İstanbul təmsilçisi buna qrup mərhələsinin son turunda Slovakiyanın “Spartak” (Trnava) klubunu darmadağın etməklə nail olub.
İsmayıl Kartalın başçılıq etdiyi komanda doğma meydanda rəqibinə 4 cavabsız qolla qalib gəlib. Qolları 36-cı dəqiqədə Fərdi Kadıoğlu, 48-ci dəqiqədə Dominik Takaç (avtoqol), 60-CI və 61-ci dəqiqələrdə isə Edin Ceko vurublar.
“Fənərbağça” bu qələbə ilə xallarını 12-yə çatdırıb və qrup ikincisi kimi pley-offa adlayıb. Bolqarıstanda Danimarkanın “Norşelland” komandasını üstələyən “Ludoqorets” isə qrup qalibi olub.
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni