Ağstafada 3 avtomobil toqquşub, ölən var.
BUTA.TV xəbər verir ki, Tariyel İsgəndərovun idarə etdiyi "Mersedes" markalı avtomobil Ağstafa şəhəri ərazisində hərəkətdə olan zaman həmin yola çıxan Aqil Osmanovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub.
O, sonra qarşı hərəkət zolağına çıxaraq Qazax şəhəri istiqamətində hərəkətdə olan İslam Məmmədzadənin idarə etdiyi "Opel Astra" markalı avtomobillə toqquşub.
Nəticədə "Opel Astra" markalı avtomobilin sürücüsü xəsarət alıb, "Mersedes" markalı avtomobilin sürücüsü isə aldığı bədən xəsarətlərindan ölüb.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayat işi başlanılaraq istintaqı aparılır.
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni
- İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO