Son dövrlərdə Mərkəzi Bankda keçirilən valyuta hərraclarında ABŞ dollarına tələbatın artması müşahidə edilir.
Belə ki, sentyabrda 259,8 milyon dollar satılmışdısa, oktyabrda bu göstərici 291,8, noyabrda isə 427 milyona yüksəlib. Dekabrın beşində keçirilən valyuta hərracında isə tələb 95,1 milyon ABŞ dolları təşkil edib ki, bu da son illərdə qeydə alınan ən yüksək göstərici olub. O zaman sual yaranır, xarici valyutaya tələbin artması manatın məzənnəsi üçün təhlükə yarada bilərmi?
İqtisadçı Eldəniz Əmirov bildirib ki, ölkənin valyuta ehtiyatları, neftin qiyməti və valyuta çıxışı kanallarının nəzarətdə olması manatın məzənnəsinin qorunmasına imkan verir.
Bu baxımdan hazırda milli valyutanın ucuzlaşması gözlənilmir. Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni
- İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO
- Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu