Zəlzələ Bakının şimal hissəsində daha çox hiss olunub.
Bu sözləri BUTA.TV-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli deyib.
Şöbə müdiri bildirib ki, zəlzələnin hiss olunması zəlzələ ocağının yeri və dərinliyindən asılıdır:
“Təbii ki, ilk növbədə zəlzələ ocaqlarının yaxın olduğu ərazilərdə, həmçinin hündürmərtəbəli binaların yuxarı mərtəbələrində zəlzələ daha çox hiss olunur”.
O bildirib ki, ölkə ərazisində seysmik aktivlik qeyri-bərabər paylanılır:
“İki tip seysmik dalğalar mövcuddur – eninə və uzununa. Ən dağıdıcı zəlzələlər eninə olan seysmik dalğalar hesab olunur”.
T.Məmmədlinin sözlərinə görə, Azərbaycan ərazisində aktiv zəlzələ ocaqları mövcuddur:
“Bakı-Abşeron ərazisi seysmik ərazi hesab olunur. Bundan başqa Şamaxı-İsmayıllı və Gəncə zonaları güclü zəlzələlərin baş verə biləcəyi yerlərdir. Xəzər dənizinin özündə də kifayət qədər çoxlu zəlzələ ocaqları mövcuddur. Azərbaycanda seysmik rayonlaşdırma xəritəsi var, lakin seysmoloqlar düşünür ki, bu real vəziyyəti düzgün əks etdirmir”.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video