Müğənni Teylor Svift Amerikanın “Taym” jurnalının versiyasına görə “İlin adamı” adına layiq görülüb.
Kult.az xəbər verir ki, bu nominasiya üzrə 2023-cü ildə cəmi 9 namizədin adı irəli sürülüb. Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniya Kralı III Çarlz, “Barbi” filmində baş rolun ifaçısı Teylor Svift, Çin Sədri Si Szinpin, CHatGPT-nin yaradıcısı Sem Altman, Hollivud ssenaristləri və aktyorları da olub.
“Bu ən qürurverici və xoşbəxtlik bəxş edən hissdir, indiyədək həyatımda yaradıcılıq baxımından özünü doğruldan və mənə asudəlik verən duyğudur”, - müğənni jurnala açıqlamasında bildirib.
Qeyd edək ki, “Taym” jurnalı 1927-ci ildən bəri hər il “İlin adamı”nı seçir. 2022-ci ildə bu ada Ukrayna Prezidenti Vladimir Zelenski, ondan əvvəl isə İlon Mask layiq görülüb.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video