İstanbulda kuryer Somali prezidentinin oğlunun olduğu avtomobilin vurmasından təxminən 1 həftə sonra dünyasını dəyişib.
BUTA.TV xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Bildirilib ki, qəza noyabrın 30-da İstanbulun Kennedi şossesində baş verib.
Motosiklet sürən 38 yaşlı kuryer Yunus Geçer yol kənarında dayanmaq üçün tunelin çıxışında sürətini azaltmağa başlayıb. Həmin istiqamətdə hərəkət edən və içərisində Məhəmməd Həsən Mahmudun olduğu avtomobil motosikletə çırpılıb və zərbənin təsirindən Geçer yola düşüb.
Geçer həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. Ölən şəxsin yaxınlarının bildirdiyinə görə, Mahmudun olduğu avtomobilin sürücüsü qəza zamanı əyləci basmağa cəhd etməyib. Onlar Geçerin ölümündə günahkar kimi Mahmudun həbsini tələb edirlər.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video