Artıq əmin oluram ki, bəzi qüvvələr uzun müddət Qarabağ məsələsindən Ermənistanda dövlətin qurulması və formalaşmasına mane olmaq üçün istifadə ediblər.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deputat Seyran Ohanyanın sualına cavab olaraq deyib.
Paşinyan Ohanyanın Bakıda saxlanılan erməni terrorçuların (Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan) qaytarılması ilə bağlı müəyyən işlərin görüldüyünü bildirib:
“Bizim strategiyamız Ermənistan dövlətçiliyi və suverenliyinin gücləndirilməsidir. Bu yolla davam edəcəyik. Məni narahat edən və maraqlandıran da Ermənistan Respublikasının gələcəyidir. O ki qaldı İrəvanı Qarabağı tək buraxmaqda ittiham edənlərə, onların etdiyini sadəcə bir şəkildə adlandırmaq olar: minnət. Bakıda saxlanılan şəxslərin ölkəmizə qaytarılması üçün isə mümkün olan hər şey edilir”.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video