Biz bu gün Prezident İlham Əliyev ilə üç saat ərzində danışıqlar aparmışıq. Dövlət başçısı hər bir iştirakçının sualını cavablandırıb, öz fikrini çox aydın və səmimi şəkildə ifadə edib.
BUTA.TV xəbər verir ki, bunu “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.
"O öz nitqində Azərbaycanın gələcəyindən, Mərkəzi Asiya və Avropa ölkələri ilə əlaqələrdən, həmçinin Azərbaycanın iqtisadi və siyasi müstəqilliyə nail olmasından söz açıb. Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsi imzalamaq niyyətindədir. O, həmçinin Paşinyanın sülh müqaviləsini imzalamaq üçün sonuncu maneəni, yəni, Qarabağdan qeyri-qanuni erməni qoşunlarının çıxarılmasını və separatçı siyasi rejimi necə aradan qaldırdığını vurğulayıb”, - sabiq səfir qeyd edib.
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video
- 53 yaşlı kişi avtobusda qəfil öldü