Paytaxtın Bakıxanov prospektində qayda pozuntusu qeydə alınıb.
BUTA.TV xəbər verir ki, dekabrın 4-ü, saat 17:09 radələrində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus 90-AA-900 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil əks istiqamətli yola çıxaraq təhlükəli vəziyyət yaradıb. Eyni zamanda naziri müşayət edən, sayrışan işıqlı, 10-UP-900 dövlət nömrə nişanlı digər “Mercedes” markalı avtomobil də eyni qayda pozuntusunu edib.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasının Prezidenti və ailəsi, Milli Məclisin sədri və Baş nazirdən başqa digər rəsmilərin kortejlə hərəkət etmək səlahiyyəti yoxdur.
Eyni zamanda FHN nazirini müşayət edən avtomobilin operativ nəqliyyat vasitəsi olmadığını nəzərə alsaq quraşdırılan sayrışan işıqlar və səs siqnalları qanunsuzdur.
Videonu təqim edirik:
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video