AB və onun aparıcı üzvü Fransa son dövrlərdə Ermənistanda öz hərbi varlığını genişləndirmək üçün aktivləşib.
Bu sözləri BUTA.TV-a AB-nin Ermənistana hərbi-texniki heyət göndərmək planı haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert Ermənistanın Rusiyadan qoparılması üçün proses getdiyini bildirib:
“Paris İrəvan ilə Moskvanın münasibətlərini tamamilə korlamaq üçün öncə “mülki missiya” göndərdi, missiyanın üzvləri istefada olan hərbçilərdən seçildi, indi isə hərbi-texniki heyətin göndərilməsi nəzərdə tutulur. Diqqətçəkən məqam isə sözügedən heyət gəlməmişdən əvvəl Fransadan göndərilən silah-sursat və hərbi texnikanın bir hissənin artıq Ermənistana çatdırılmasıdır. Növbəti ildə də bu davam edəcək və təbii ki, silah-sursat və hərbi texnika göndərilirsə, onun servis heyəti də olmalıdır”.
Ədalət Verdiyev AB ilə yaxınlaşmanın Ermənistan üçün ağrılı olacağını qeyd edib.
Qeyd edək ki, AB-nin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos öz açıqlamasında təşkilatın bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana hərbi-texniki missiya göndərəcəyini deyib.
- Bu şəxslərin pensiyası ikiqat artacaq! - ŞAD XƏBƏR
- Moskvaya hücum: Şəhərin müdafiə sistemi yarıldı - VİDEO
- Turalbəy Mehdiyevə hökm oxundu
- “AzerGold” məhsulları Beynəlxalq Xalça Festivalında...
- DYP-dən skuter istifadəçilərinə xəbərdarlıq
- 66 yaşlı kişi hamamda yıxılaraq öldü
- İçərişəhərdə qala divarları bərpa edildi - Video
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO