Meyxanaçı Ağakərim (Kərim Novruzov) uzun müddətdir yataq xəstəsidir.
BUTA.TV axşam.az-a istinadən bildirir ki, ifaçının oğlu Kamil Kərimoğlu atasının səhhətindən danışıb. O bildirib ki, müalicə evdə davam edir: "Vəziyyəti stabildir. Heç bir irəliləyiş yoxdur. Həkimlər gəlib evdə müayinə edir, lazım olan dərmanı yazırlar. Nə yaxşıdır, nə də pis. Elə bir xəstəlikdir ki, əvvəlində sağalma ehtimalı bir az var idisə, indi heç ümid yoxdur.
Özünə qapanıb, sual verəndə cavablandırır. Az danışır. Deyirik, necəsən? Cavab verir ki, yaxşıyam, acam, ya da nəsə istəyir. Ailəmizdə hamını tanıyır, amma kimsə ziyarətə gələndə tanımır. İzah edirik ki, filankəsdi, onda yadına düşür".
Kərim meyxanaçıların tez-tez zəng vurub atasının durumu ilə maraqlandığını da bildirib.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.
- Nazir Təranə Əhmədovanı işdən çıxardı - Foto
- Anar Bayramov iki xəstəxanaya rəhbər gətirir
- Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər
- Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Erməni təcavüzü: İtkin düşənlərin sayı yeniləndi
- Bakıda mühüm forum keçirilir - Foto
- TƏBİB-də yüksək vəzifəyə təyinat
- Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı