Sosial şəbəkələrdə paytaxt ərazisində "Toyota Prius" markalı avtomobilin sürücüsünün qeyri-adekvat hərəkətlər etməsini özündə əks etdirən görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü İlham Qafarov müəyyən edilərək saxlanılıb. Onun üzərindən narkotik vasitə heroin aşkar edilib.
Araşdırmalarla İ.Qafarovun narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Hazırda Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.
- Bakıda bayrağımıza hörmətsizlik edən gənc cəzalandırıldı - Video
- Kəlbəcərdə qonur ayı görüntüləndi - Video
- FHN bu mövzuda kütləvi maarifləndirmə tədbirləri keçirir
- Eynulla Fətullayev "Haqqın"ı satdı - Azərbaycandan gedir
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto