Ermənistan Baş naziri Nikol Paşinyanın Praqada ötən il bəyanatından sonra Qarabağın statusunu əsaslı şəkildə dəyişdi, daha dəqiqi Qarabağın statusunu müəyyən etdi.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. O bildirib ki, Paşinyanın bu bəyanatından sonra Qarabağ Azərbaycanın ərazisi oldu:
“O ki qaldı Qarabağ ərazisinin indi sizin dediyiniz kimi, faktiki olaraq Azərbaycanın ərazisi olmasına, bu, indi baş verməyib. Keçən il, məncə, noyabrda baş nazir Paşinyan Praqada keçirilən görüşdə Qarabağın statusunu kökündən dəyişdirən, yəni Qarabağın statusunu müəyyən edən bəyanatla çıxış etdi. Ermənistan Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğunu tanıdı”, - Kreml rəhbəri bildirib.
Onun sözlərinə görə, əvvəlki illərdə bütün müzakirələr eyni məsələ - Qarabağın statusu ətrafında gedirdi:
“Beləliklə, ötən il Praqada Ermənistan rəhbərliyi bu mövzunu qapadı və dedi: Qarabağ Azərbaycanın bir hissəsidir və hətta kvadrat kilometrin sayını da göstərdi və 1991-ci il sərhədlərinə - Sovet İttifaqında müəyyən edilmiş sərhədlərə istinad etdi”.
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto