NATO-nun 10 dövləti alyansın inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemini genişləndirir.
BUTA.TV xəbər verir ki, bu barədə alyansın məlumatında bildirilib.
"NATO-nun 10 ölkəsinin müdafiə nazirləri Almaniyanın rəhbərlik etdiyi "Avropa Səma Qalxanı" təşəbbüsünü inkişaf etdirmək üçün anlaşma memorandumu imzalayıblar. Bu təşəbbüs hava hücumundan müdafiə sistemləri və raketlərin birgə alınması yolu ilə Avropanın hava və raket hücumundan müdafiəsini gücləndirmək məqsədi daşıyır”, - məlumatda vurğulanıb.
Sənədə əsasən Almaniya “Avropa Göy Qalxanı” layihəsində aparıcı rol oynayır. Belçika, Macarıstan, Danimarka, Latviya, Litva, Niderland, Sloveniya, Çexiya və Estoniya da bu layihədə iştirak edir.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı