Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 11-də Daşqın Rəhimovun Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Bu barədə “Nuhçıxan” İnformasiya Agentliyi məlumat yayıb. Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilsin”.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı