Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra bölgədə kütləvi olaraq narkotik tərkibli bitkilərin əkildiyi plantasiyaların aşkar olunması barədə məlumatlar verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, polis əməkdaşları tərəfindən Xocalı, Ağdam rayonları ilə yanaşı, Şuşanın Quşçular kəndi ərazisində də təsərrüfat sahələrinin birində 5 hektar sahədə çətənə kolu plantasiyası aşkarlanıb.
Fermer təsərrüfatı adı altında fəalliyyət göstərmiş plantasiyada yetişdirilən narkotik tərkibli bitkilərə mütəxəssislərin iştirakı ilə baxış keçirilib. Müəyyən edilib ki, həmin ərazidə çətənə kolunun sativa və digər qarışıq növləri aqrotexniki üsulla xüsusi qulluq olunaraq yetişdirilib.
Araşdırmalar davam etdirilir.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı