İsrail xalqı ilə həmrəylik əlaməti olaraq Eyfel qülləsi İsrail bayrağının rənglərində işıqlandırılacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Paris meri Ann İdalqo X sosial şəbəkədəki hesabında yazıb.
“HƏMAS-ın həyata keçirdiyi terror qurbanlarının xatirəsinə bu gecə saat 23:00-da Eyfel qülləsinin işığı söndürüləcək. İsrail xalqı ilə həmrəylik əlaməti olaraq sabah axşam Eyfel qülləsi İsrail bayrağının rəngləri ilə işıqlandırılacaq”, - mer yazıb.
Qeyd edək ki, HƏMAS və “İslami-Cihad” 7 oktyabrda “Əqsa tufanı” əməliyyatına başlayıb və İsrailə hücum edib. Hücum nəticəsində 700 İsrail vətəndaşı ölüb, 2,2 mindən çox sakin yaralanıb.
İsrail ordusu cavab tədbirlərinə başlayıb. İndiyə qədər 256 fələstinlinin öldüyü bildirilir.
İsrail ordusu 44 hərbçisinin həlak olduğunu açıqlayıb.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı