Fələstinlilərin İsrailə qarşı genişmiqyaslı uğurlu əməliyyatı rejimin süqutunu sürətləndirəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri İran ali dini rəhbəri Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti Fələstin Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və “İslami-Cihad” Hərəkatının katibi Ziad ən-Nəxaliyə ünvanladığı müraciətində deyib.
Vilayəti bildirib ki, “terrorçu sionist rejim”in hökmranlıq və zülm dövrü bitdi:
“İşğal olunmuş ərazilərdə davam edən hadisələr Fələstində islami müqavimət cəbhəsinin gücünün təzahürüdür. Bu əməliyyat İsrailin işğal olunmuş ərazilərdə davamlı cinayətlərinə cavabdır”.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS qruplaşması “İslami-Cihad”la birgə İsrailə qarşı genişmiqyaslı hücumlara başlayıb. Hücum nəticəsində 600-dən çox yerli sakin ölüb, 2 mindən çox insan xəsarət alıb. Xeyli sayda mülki şəxs də fələstinlilər tərəfindən girov götürülüb.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı