İnanırıq ki, İsraildə asayiş bərpa olunacaq və terrorçular məhv ediləcək. Dünyanın heç bir yerində terror olmamalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında İsraildəki vəziyyətlə bağlı yazıb.
“İsraildən dəhşətli mesajlar alırıq. Terror aktında ailəsi və yaxınları həlak olan hər kəsə başsağlığı verirəm.
Terroru kimin törətməsindən asılı olmayaraq, bu, sülhə qarşı cinayətdir. Terroru kim himayə edirsə etsin, bu, sülhə qarşı cinayətdir. İsrailin özünümüdafiə hüququ şübhə altına alına bilməz”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, HƏMAS-ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 250-dən çox yerli sakin ölüb, 1452 nəfər xəsarət alıb.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı