Çeçenistan rəhbəri Ramzan Kadırov RT telekanalının baş redaktoru Marqarita Simonyanı müdafiə edib.
BUTA.TV xəbər verir ki, Kadırov Simonyanı “istənilən platformada milli maraqları müdafiə edən əsl vətənpərvər” adlandırıb.
Simonyanın Sibirdə “strateji nüvə zərbəsi” ilə bağlı sözlərini şərh edən Kadırov deyib ki, hətta hadisələrin belə xoşagəlməz inkişafı halında Rusiya bütün dünya ilə müqayisədə strateji baxımdan uduzmayacaq.
Xatırladaq ki, Simonyanın bu sözləri Rusiya ictimaiyyəti arasında böyük səs-küyə səbəb olub. Moskva Şəhər Dumasının deputatlarından birinin keçmiş köməkçisi Simonyanla bağlı Rusiya Federasiyası Mərkəzi Komitəsinə və Daxili İşlər Nazirliyinə şikayət edib.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...