“Hakken” komandasının üç futbolçusu UEFA Avropa Liqasının qrup mərhələsində İsveçdə “Qarabağ”a qarşı keçiriləcək II tur oyununda iştirak edə bilməyəcək.
BUTA.TV klubun rəsmi saytına istinadən xəbər verir ki, Höteborq təmsilçisinin heyətində yamaykalı hücumçu Bler Turqott, şimali makedoniyalı forvard Filip Trpçevski və danimarkalı sol cinah müdafiəçisi Yakob Barrett Laursen zədə səbəbindən sabahkı matçı buraxacaqlar.
Qeyd edək ki, "Qarabağ" komandasında da ciddi itkilər var.
“Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...