Heç vaxt həbsdən çıxmamağınız üçün dua edirəm. Niyə xalqı ölüm-dirim savaşına səsləyən, özünü “prezident” adlandıran şəxslər başına güllə çaxmadı? Həyat qiymətlidirmi, cənablar?
BUTA.TV xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan Feysbukda Qarabağda ləğv edilmiş xuntanın keçmiş rəhbərlərinə müraciətlə yazıb.
“İşlərinizi, buğda tarlalarınızı, çətənə plantasiyalarınızı xilas etmək üçün itirdiyimiz minlərlə övladımızın həyatı qiymətli deyildimi? Siz özünüzü kim hesab edirsiniz? Bütöv bir xalqı aldatmaqla qurtula biləcəyinizi düşünürdünüz? Mən qarabağlılara heyrətlənirəm ki, niyə o plantasiyaları sizinlə gübrələməyiblər? Heç vaxt həbsdən çıxmamağınız üçün dua edirəm. Amma üzülməyin, tezliklə Ermənistandan olan əkinçiləriniz də sizə qoşulacaq, onların da özlərini güllələməyə cəsarətləri çatmayacaq”, - o bildirib.
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq